Selam dünya ben Menolly!
Daha bu gün bitirdiğim harika bir kitaptan bahsetmek için buradayım.Geçen yılın sonbaharı zamanlarından okumakta olduğum ve sonunda ikinci cildinin son sayfasına ulaştığım Kılıç ve Kalem"den bahsedeceğim.
Azeri bir yazarın azerice bir kitabı olduğundan,yazının bir kısmı azerice olacak,fakat elimden geldiğince türkçe olarak da kitabı anlatmaya çalışacağım.
Ordubadi"nin Azerbaycanın tarihinin bir devrinden bahsediyor kitap.Eldenizler,ve ya diğer adıyla Atabeyler devletinin devrinden.Tarihi bir roman olsa bile,kitapta aşk,aksiyon ve macera da kitapta yer alıyor.Ordubadi Eldenizler devri Azerbaycanını bu kitapta okunabilir ve zevkli bir şekilde okuyucalara sunuyor.
İki ciltten oluşan "kocaman" kitap dediğim gibi geçen yıl sonundan beri beni meşgul ediyor.
Pekala,hakkında saatlerce konuşabileceğim bir eser gerçekten.
Öncelikle kitap çok eşsiz bir şekilde,çok güzel bir dille yazılmış,olaylar çok güzel anlatılmış ve okuyucuyu kitaba çekiyor.Okurken sanki olayları yaşıyor gibiydim.
Karakterlerin iç dünyasını açılmıştı sanki,herkesin neler hissettiği ve hayatları başarıyla anlatılmıştı.Yazar onları bize en çıplak haliyle tanıtmayı başarmış gibiydi.
Bir çok olay beni gerçekten derinden sarstı.Bazen de kendimi kitaba öyle kaptırıyordum ki, olayların nasıl akıp gittiğini anlamıyordum.Kitap beni kendine bağlamayı başardı.
Kardeşlik,dostluk,aşk gibi konuların çok güzel işlendiğinden emin olabilirsiniz.Bir çok sahnede hayran kalmıştım bu gibi duyguların anlatılış şekline.
Kitap Ordubadi'nin zarif ve okudukca zevk veren dili ile yazılmış.Gerçekten etkileyici bir şekilde yazılmıştı,bir çok bölümde kullanılan ve kitabın sanat gücünü artıran o kelime oyunlarını dönüp dönüb bir kaç kere okumaktan kendimi alamamıştım.
Yazarın tarihin içinden ve kendi yaratıcı ellerinden çıkardığı kötü karakterler düşman başınaydı resmen,kitap boyunca Atabey Muhammed"in hatunu Qetibe"ye ve Seba"ya sövdüm.Bir çok bölümde bir insan nasıl bu kadar alçaklaşabilir diye sorguluyorsunuz resmen.Ha,bir de bu iki kadının esiri olmuş bir kaç berbat adam var,onlardan hiç bahsetmeyeceğim.
Kitapta bahsedilen ana karakterler ise,okuyucularının ve azerilerin,hatta tüm dünyanın Nizami Gencevi diye tanıdığı İlyas adlı şair ve onun çocukluk dostu Fexreddin.Zaten kitabın adı da onlardan geliyor,kalem Nizamiyi,kılıç ise Fexreddin"i temsil ediyor.
Kitap boyunca edebiyatımızın en güzel incilerini yaratmış,Xemse"si ile dünyayı kendine hayran bırakan Genceli İlyasa hayran olmamak elde değil.Böyle bir insan bir daha doğmaz herhalde...
Kitap boyunca hissetiğim gururu size anlatamam herhalde.Ne kadar şanslı olduğumu,ne kadar muhteşem bir ülkede doğduğumu bir kez daha düşündüm ve gurur duydum.Ülkemiz şu an o zamanki halinden kat kat aşağı olsa da, ben ülkemin nasıl bir sanat diyarı ve nasıl bir kahramanlar toprağı olduğunu biliyor ve gurur duyuyorum.
Bu arada,Eldenizler devri Azerbaycan tarihinin en sevdiğim kısımlarıdır,Şemseddin Eldeniz(devleti kuran kişi,aynı zamanda Selcuklar devrinde sadece bir kul olarak saraya gelip,padişah rütbesine kadar yükselmiştir) tarihte hayran olduğum biri.Eldeniz hanedanı her ne kadar Azerbaycana en iyi devirlerini yaşatmasa da,çok güzel günler yaşatmıştır.
Kitaptan azerice bahsetmem gerekirse:
Bir azərbaycanlı olaraq,ölkəmə bir daha heyran olduğumu vurğulamaq istəyirəm.Ordubadinin yaradıcılığında, məncə bu tarixi kitap bir incidir.O,həm tariximizi öyrənmək üçün bir mənbə,həm də Azərbaycan oğullarının nə qədər igid olduğu göstərmək üçün bir sübutdur.Eldənizlər xanədanı hər hakimiyyət kimi vaxtı gələndə dağılsa da,qüdrətli bir xanədan idi.Bu xanədanın üzvləri,başda Şəmsəddin Eldəniz olmaqla Məhəmməd Cahan Pəhləvan,Qızıl Arslan,Atabəy Məhəmmədin oğlu Əbu Bəkr və başqaları məmləkəti qüdrətlə və ədalətlə idarə etməyə çalışmışlar.
Ordubadinin yaradıcılığı kitabda özünü göstərir,tarixi ifadə edərkən,eyni zamanda onu şirin dillə və yığcam şəkildə vermiş,kitab bədii təsvir vasitələrinin gücü ilə oxuyucuları özünə bağlayır.
Məncə,Eldəniz xanədanını süquta aparan Atabəy Məhəmmədin Qətibə xatunla evlənməsi və onu ölkənin mələkəsi etməsidir.Qətibə mələkə olduğu vaxt boyunca Azərbaycana heç bir xeyir gətirməməklə bərabər,onu süquta sürükləmişdi.Gənc vaxtlarında Nizamiyə tutulan qız,ondan rədd cavabı aldıqda isə intiqam atəşi ilə yanmışdır.Ona da,atasının qətlində iştirak etti deyə Fəxrəddinə də uzun illər əzab verən qız,təkcə onların yox,içində sönməyəm bir səltənət istəyi ilə bütün bir dövlətin taleyini öz əlləri ilə məhv etti.
Kitabda eyni zamanda Azərbaycan ədəbiyyatının digər incisi Məhsəti Gəncəvidən söz açılmışdı.Onun rübailərinin bir çoxu kitabda var,eyni zamanda onun necə bir qadın olduğu da az çox təsvir edilmişdir.Məhsəti Gəncəvi adını eşitdikdə mənim ağlıma artıq həmişə onun bu əsərdəki təsviri gələcək,küləyin qoynunda sarsılan yarpaq qədər narin,amma eyni zamanda daşdan divar qədər möhkəm.Vətənpərvər,möcüzəvi bir qadın və öz əlləri ilə yaratdığı xəzinələrin qadını.Ədəbiyyatımızın ən əzəmətli qadınlarından.
Kitabda məni təəccübləndirən əsas cəhət Nizaminin və Fəxrəddinin təsviri oldu.Öz qələmi ilə ədəbiyyat incilərini,məşhur Xəmsə"ni,dünyanın xəzinələrini yaradan İlyas,özündə bir insanda ola biləcək ən yaxşı xüsusiyyətləri birləşdirmişdi,eyni zamanda o kitabda oxuduğum bütün digər kişilərdən fərqlənirdi.O,qadın sevgisinə bütün həyatını uçuruma aparan kişilərdən deyildi,o qadınların eşqinə onların qulu olmurdu.Eyni zamanda o qadınlara hörmət edir və hər şeydən uca tuturdu.Vətəninə həddən artıq bağlılığı,müdrikliyi,uzaqgörənliyi məni özünə heyran etməklə bərabər,onun xalqa və doğulduğu qəhrəman Gəncəyə bağlılığı da qəlbimi titrətdi.
Fəxrəddin isə kitabın "qılınc" tərəfi,yəni qəhrəmanı idi.O,hər nə qədər sadəlövh və həddən artıq səmimi olsa da,doğru və dürüst idi.Vətənini heç nəyə satmazdı və eyni zamanda öz eşqində sadiq idi.Çox vaxt sadəlövhlüyü və tədbirsizliyi başına bəla olsa da,onun timsalında oxucu Azərbaycan igidlərini görə bilər və onların qəhrəmanlığının nə qədər qüdrətli və qədim olduğunu anlayar.Ta Midiya devrindən bəri,Azərbaycan oğulları,Azərbaycan xalqı vətənpərvər və igid bir xalq olmuşdur,onları yalnız silah gücünə və aldatmaqla ələ ala bilmişlər.Bir də,əlbəttə ki hər xalqın içərisində olan bəzi xainlərin də Azərbaycanın zaman zaman düşmənlərin əsirliyinə düşməsində müəyyən rolu olur.
Azərbaycan tarixini və qüdrətini öyrənmək istəyən hər bir insan bu möhtəşəm əsəri oxumalıdır.Əsərin sonluğu mənə xüsusilə təsir edir,onu burada qeyd etməyəcəyəm,oxuyanlar əminəm mənimlə həmfikirdirlər.
Biz bu əsərdə,qadın tutqusunun bir səltənəti necə dağıdabiləcəyini Atabəy Məhəmməddən,anlıq səhvlərin nə qədər təhlükəli ola biləcəyini Qızıl Arslandan,eşqin nə qədər güclü və eyni zamanda nə qədər təhlükəli olduğunu Əbu Bəkrdən,səltənət uğrunda mübarizənin insanı necə alçaldabiləcəyini Qütlüğ İnancdan,vicdansız və əxlaqsız bir qadının əlində qul olan bir insanın nə kimi bir həyat yaşayacağını və bu həyatın nə ilə nəticələnəyini Sultan Toğruldan,gənclik eşqinin bəzən insanı uçuruma apara biləcəyini isə Hüsaməddindən,bitmək bilməyən səltənət və fitnə-fəsad eşqinin insanı nəhayət ölümə sürükləyəcəyini Qətibədən öyrənib bilə bilərik.Bu əsər doğurdan da bir nümunədir,oxunması və oxudulması vacibdir.Qüdrətli Azərbaycan xalqı və onun şanlı tarixini əks etdirən,eyni zamanda içində ən saf duyğulara yer verən,bədii və zövqlü bir Ordubadi əsəridir,oxuyun.
Kitabı Daoko'nun Onaji Yoru ve Diaura'nın Silent Majority'si ile okudum.Onaji Yoru artık ne zaman dinlesem bana bu kitabı hatırlatıyor ve hatırlatacak.
Evet,dediğim gibi eğer bir gün Azerbaycanın tarihini öğrenmek isterseniz,size bu yoldan gitmenizi tavsiye edebilirim diye düşünüyorum.Çünkü bu kitap hem düşündürücü,hem zevkli,hem tarihi gösteren,hem de sanatsal bir eser.Bitirdikten sonra bir an durup 'ben ne yaşıyorum' diye duvara bakmaya başlayabilirsiniz çünkü şok etkisi yaratan bir sonu var.Bilmiyorum,en azından bana şok yaşattı.
Son olarak kitaptan bir kaç bölümü buraya bırakacağım:
Əmir və xətib dayanıb durmuşdular.Onlar qadın barmaqlarında inləyən pərdələrdən,qadın dodaqlarından çıxan misralardan ayılıb gedə bilmirdilər.Onlar da xalqa qoşulub mənliyini itirmişdilər,onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar.
"Gər mülki tö Misr,Rum,Çin xahəd bud
Afaq türa ziru nikin xahəd bud.
Xoş baş ki,aqibət nəsibi mənu tü,
Yek gəz kəfən,se gəz zəmin xahəd bud."
Xoş baş ki,aqibət nəsibi mənu tü,
Yek gəz kəfən,se gəz zəmin xahəd bud."
Əgər Misir,Rum və Çin ölkələrinə sahib olsan,
(Eğer Mısır,Rum ve Çin ülkelerine sahipsen)
Əgər dünyanı öz hökmün altında saxlamağı bacarsan belə,
(Eğer dünyayı hükmün altında tutmayı başarırsan bile)
Yenə də yaxşılıq et,
(Yine iyilik yap)
Çünki sənin və mənim bu dünyadan alacağımız qismət on arşın kəfən və üç arşın torpaqdır.
(Çünkü senin ve benim bu dünyadan alacağımız kısmet,on arşın kefen ve üç arşın topraktır)
Rübai,Məhsəti Gəncəvi
Məmməd Səid Ordubadi,Qılınc və Qələm,birinci cild,sayfa 19
Kişilər,kişilər,siz filosof olsanız da,siz bir məşhur alim,siz bir peyğəmbər olsanız da,siz bütün xalqı tərbiyə üçün asimani kitablar yazsanız da,yenə də o kitabdakılar sizin özünüz üçün deyil.Sizin göstərdiyiniz səmimi kişilərin şəxsiyyəti hələlik kitab vərəqlərindən kənara çıxa bilməmiş,hələlik o asimani kişilər doğulmamışdır.Hələlik siz Hüsaməddinlər,yenə də Hüsaməddinlərsiniz.Gündə birini sevir,gündə birini yüksəldir,gündə birinin başına ölkələrin tacını qoyur,yüzlərcə qadını mənimsədiyiniz halda başqasını qısqanır,yüzlərcə qadına satılırsınız.Lakin sizdən başqasına satılan qadına fahişə adını verir,tacı başından götürür,mərtəbəsini əlindən alır və ona yazırsınız ki: "Hərgah son dediyimi mələkə bacarırsa,o zaman iki nəfərin alçaq,bir nəfərin isə əxlaqsız olması lazım gəlir."
Lakin bir həqiqəti gizlədirsiniz,yainki kişiliyə məxsus qürur,o həqiqəti görməmək üçün sizin gözünüzə pərdə çəkir.Heç düşünmürsünüz ki, qadını əxlaqsız edən kimdir,qadınlarmı,kişilərmi?
Qətibənin sözləri,Məmməd Səid Ordubadi,Qılınc və Qələm,ikinci cild,sayfa 133
Qızıl Arslan bu vəsiyyətləri yazılı olaraq Toğrula verəndən sonra Xaqani və Nizami ilə bərabər Təbrizə tərəf yola düşdü.Lakin Qızıl Arslanın Bağdaddan qayıdan qalib ordusu musiqi və şadlıqla qarşılanmadı,çünkü Qızıl Arslan Həmədandan çıxdığı gün məhərrəm ayı daxil olmuşdu:buna görə də Həmədandan Təbrizə qədər olan on günlük yolu təziyə səsləri və matəm sədaları içərisində keçib gedirdilər!Qızıl Arslan Qəzvin xalqının "Ya Hüseyn!" qışqırdığını görüncə,yavaşdan Nizamiyə müraciət edib dedi:
-Azərbaycan xalqının "Hüseyn təziyəsi" yerinə Babəkin öldürüldüyünü matəm elan etdiklərini görsəydim,o zaman özümün həqiqi azərbaycanlı olduğumla fəxr edərdim.
Məmməd Səid Ordubadi,Qılınc və Qələm,ikinci cild,səhifə 196
Padşah!Səndə nə vardır?!Adi sənətkarların düzəltdiyi taxt-tac.Lakin sən hər taxtın kölgəsində duran tabutu görə bilmirsən!..
Geniş sarayların işıq pəncərəsindən dünyaya baxdığın zaman şöhrət və xudpəsəndlik kölgələri sənin gözlərinə pərdə çəkir,sən yüzlərcə sənin kimi hökmdarların yatdığı qəbristanları görə bilmirsən!
Sən bir yığın yaltaqlara,riyakarlara arxalandığın təqdirdə sənə qarşı nifrət bəsləyən yüz minləri görmürsən.Dünyada padşahlığın taxtından da çürük və davamsız bir şey yoxdur.Bəlkə də bir gün xalq mən düşünən kimi düşündü,bəlkə bir gün sənin aldadıcı olduğun və əhdə vəfa etmədiyin aşkara çıxdı.Onda nə edə bilərsən?Səni haman taxtdan çəkib yerə salarlar.Bu çox asandır.Lakin sənin açdığın xərabələri düzəltmək olduqca çətindir.
Nizami Gəncəvi,İlyasın fikirləri
Məmməd Səid Ordubadi,Qılınc və Qələm,ikinci cild,səhifə 178
Okuyun!
Başka yazılarda görüşmek üzere!
Jaa ne minna! ^_^
Merhaba. Büyük blog takip etkinliğinden geliyorum. Sizi takipteyim. Bana da beklerim:)
YanıtlaSilMerhaba hoşgeldiniz,hemen blogunuza gidiyorum ^^
Silne güzel bir kitap okumuşsun sen amaaa :)
YanıtlaSil